​"Barselona" İspaniya Kubokunda qələbə qazanıb - VİDEO

​"Barselona" İspaniya Kubokunda qələbə qazanıb - VİDEO Messi meydana çıxmayıb
Futbol
21 Yanvar , 2016 10:33
​Barselona İspaniya Kubokunda qələbə qazanıb - VİDEO

Bakı. 21 yanvar. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu Kral Kubokunun yarımfinalına gedən yolda ilk qələbəsini qazanıb. "Report"un məlumatına görə, kataloniyalılar "Atletik"lə 1/4 final mərhələsinin ilk görüşündə üz-üzə gəlib.

Bilbao təmsilçisinin qonağı olan "Barsa" 2:1 hesablı qələbə qazanıb. Qonaq komandanın qollarını 18-ci dəqiqədə Munir Əl Haddadi, 6 dəqiqə sonra isə Neymar vurub. 89-cu dəqiqədə Arits Adurits hesab arasındakı fərqi azaltsa da, komandası məğlub durumdan qurtula bilməyib.

"Barselona"nın heyətində Lionel Messi zədə üzündən forma geyinməyib. Start heyətində meydana çıxan türkiyəli futbolçu Arda Turan isə 66-cı dəqiqədə yerini Aleks Vidala verib.

Qeyd edək ki, cavab görüşü yanvarın 27-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi