"Barselona" İspaniya çempionatında "Atletiko"nu məğlub edib - VİDEO

"Barselona" İspaniya çempionatında "Atletiko"nu məğlub edib - VİDEO Madriddə keçirilən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb
Futbol
27 Fevral , 2017 06:51
Barselona İspaniya çempionatında Atletikonu məğlub edib - VİDEO

Bakı. 27 fevral. REPORT.AZ/ "Barselona" futbol üzrə İspaniya çempionatının 24-cü turunun səfər oyununda Madridin "Atletiko" klubunu 2:1 hesabı ilə məğlub edib.

"Report" xəbər verir ki, qalib komandanın heyətində Rafinya (64-cü dəqiqə) və Lionel Messi (86) fərqlənib. Meydan sahiblərinin yeganə qolunu Diyeqo Qodin (70) vurub.

Bu matç Diyeqo Simeonenin "Atletiko"nun baş məşqçisi postunda 300-cü oyunu olub.

Kataloniya kulubu turnir cədvəlində 54 xal ilə ikinci yerdə qərarlaşıb, "Atletiko" 45 xalla 4-cüdür.

Son xəbərlər

Orphus sistemi