Bakı. 17 oktyabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu futbolçusu Xavyer Maskerano ilə müqavilə müddətini artırıb.
"Report"un məlumatına görə, müdafiəçi 2019-cu ilin iyulunadək kataloniyalıların uğurları üçün çalışacaq.
32 yaşlı futbolçu ilə müqavilənin imzalanma mərasimi bu gün keçirilib.
Qeyd edək ki, Maskeranonun əvvəlki müqavilə müddəti 2018-ci ildə başa çatacaq.