"Barselona" futbolçusu ilə müqavilə müddətini artırıb

"Barselona" futbolçusu ilə müqavilə müddətini artırıb Müqavilə 2019-cu ildə başa çatacaq
Futbol
17 Oktyabr , 2016 17:33
Barselona futbolçusu ilə müqavilə müddətini artırıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu futbolçusu Xavyer Maskerano ilə müqavilə müddətini artırıb. 

"Report"un məlumatına görə, müdafiəçi 2019-cu ilin iyulunadək kataloniyalıların uğurları üçün çalışacaq.

32 yaşlı futbolçu ilə müqavilənin imzalanma mərasimi bu gün keçirilib.

Qeyd edək ki, Maskeranonun əvvəlki müqavilə müddəti 2018-ci ildə başa çatacaq.

Son xəbərlər

Orphus sistemi