"Barselona" Fransa yığmasının futbolçusunu transfer edib

"Barselona" Fransa yığmasının futbolçusunu transfer edib 23 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb
Futbol
12 İyul , 2016 17:00
Barselona Fransa yığmasının futbolçusunu transfer edib

Bakı. 12 iyul. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu Fransa milli komandasının və "Lion"un futbolçusu Samuel Umtitini transfer edib. "Report"un Kataloniya təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 23 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Transfer məbləği 25 milyon avro təşkil edib. "Barsa" isə yeni oyunçusuna 60 milyon avro satış qiyməti qoyub.

Qeyd edək ki, Samuel Umtiti ötən mövsüm Fransa çempionatında 30 oyuna 1 qol vurub.

Son xəbərlər

Orphus sistemi