"Barselona" Filippe Koutinyonu ictimaiyyətə təqdim edib - YENİLƏNİB

"Barselona" Filippe Koutinyonu ictimaiyyətə təqdim edib - YENİLƏNİB Yeni transferlə 2023-cü ilin yayınadək rəsmi müqavilə bağlanılıb
Futbol
8 Yanvar , 2018 16:47
Barselona Filippe Koutinyonu ictimaiyyətə təqdim edib - YENİLƏNİB

Bakı. 8 yanvar. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu İngiltərə "Liverpul"undan transfer etdiyi Filippe Koutinyonu ictimaiyyətə təqdim edib. 

"Report"un Kataloniya təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı yarımmüdafiəçi ilə 2023-cü ilin yayınadək müqavilə bağlanılıb. İmzalanma mərasiminə klub prezidenti Xosep Mariya Bartomeu da qatılıb. 


*** 16:19

İspaniyanın “Barselona” klubu növbəti bir neçə matçda yeni transferi Filippe Koutinyonun xidmətindən yararlana bilməyəcək.

“Report” Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu gün baş tutan tibbi müayinə zamanı braziliyalı yarımmüdafiəçinin sağ budunda zədə aşkarlanıb. O, 3 həftə ərzində komandaya kömək edə bilməyəcək.

İspaniya mətbuatının yazdığına görə, “Barselona” rəhbərliyi zədə barədə öncədən xəbərdar olub və bunu ciddi problem hesab etməyib.

28 yaşlı futbolçunun yaxın saatlarda ictimaiyyətə təqdim olunacağı gözlənilir. Artıq braziliyalı futbolçunun formalarının satışına start verilib. Koutinyo “Barselona”da Türkiyə yığmasının üzvü Arda Turana məxsus 7 nömrəli futbolka ilə çıxış edəcək. Turanın isə karyerasını “Başakşehir”də davam etdirəcəyi gözlənilir.

Qeyd edək ki, Koutinyonun İngiltərə təmsilçisi “Liverpul”dan transferi “Barselona”ya 160 milyon avroya başa gəlib.

Son xəbərlər

Orphus sistemi