​"Barselona" Dünya Klub Çempionatının qalibi olub - VİDEO

​"Barselona" Dünya Klub Çempionatının qalibi olub - VİDEO İspan klubu Argentina "River Pleyt"ini 3:0 hesabı ilə məğlub edib
Futbol
21 Dekabr , 2015 00:23
​Barselona Dünya Klub Çempionatının qalibi olub - VİDEO

Bakı. 21 dekabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu Yaponiyada keçirilən futbol üzrə Dünya Klub Çempionatının finalında Argentina "River Pleyt"ini 3:0 hesabı ilə məğlub edib.

"Report" xəbər verir ki, oyunda hesabı 36-cı dəqiqədə Lionel Messi açıb.

Ardınca ikinci hissənin əvvəlində Luis Suares komandasının üstünlüyünü möhkəmləndirib. 68-ci dəqiqədə isə o dublunu rəsmiləşdirərək yekun nəticəni müəyyən edib.

Beləliklə, "Barselona" Dünya Klub Çempionatında üçüncü dəfə qalib gəlməklə rekorda imza atıb.

Son xəbərlər

Orphus sistemi