"Barselona" ÇL-nin 1/8 finalında böyük hesabla məğlub olub - VİDEO

"Barselona" ÇL-nin 1/8 finalında böyük hesabla məğlub olub - VİDEO Komanda PSJ-nin güclü müqaviməti ilə qarşılaşıb
Futbol
15 Fevral , 2017 01:37
Barselona ÇL-nin 1/8 finalında böyük hesabla məğlub olub - VİDEO

Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

"Report" xəbər verir ki, günün mərkəzi görüşü Fransada yerli PSJ ilə "Barselona" (İspaniya) arasında baş tutub.

Matç Kataloniya klubunun böyükhesablı məğlubiyyəti ilə başa çatıb. PSJ rəqib qapısından 4 cavabsız qol keçirdərək növbəti mərhələyə çıxmaq şanslarını xeyli artırıb. İndi İspaniya klubu 4/1 finala çıxmaq üçün öz meydanında qol buraxmamaq şərti ilə rəqib qapısından 5 top keçirməlidir.

Çempionlar Liqası, 1/8 final

PSJ – "Barselona" – 4:0

Qollar: Angel Di Maria, 18 (1-0), Julian Draxler, 40 (2-0), Angel Di Maria, 55 (3-0), Edinson Cavani, 72 (4:0).

Son xəbərlər

Orphus sistemi