Yuxarı

KİV: "Barselona" Almaniya Bundesliqasının bombardiri ilə razılıq əldə edib

Bakı. 11 fevral. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasının futbolçusu Luka Yoviçi heyətinə qatmağa çox yaxındır.

"Report" "Frankfurter Allgemeine Zeitung" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi serbiyalı hücumçu ilə müqavilənin şərtlərini razılaşdırıb. 

Lakin "Barselona" 22 yaşlı oyunçunun transfer haqlarına sahib olan "Ayntraxt" və Portuqaliya "Benfika"sı ilə danışıqlara başlamayıb.

İspaniyanın digər nəhəng klubu "Real Madrid"in də Yoviçi heyətinə qatmaq istədiyi bildirilib.

Qeyd edək ki, Luka Yoviç carı mövsüm Almaniya Bundesliqasında 19 oyunda 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, çempionatda bombardirlər siyahısında ilk pillədə qərarlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi