"Barselona" "Atletiko"nu məğlub edib, Messi karyerasında 600-cü qolunu vurub - VİDEO

"Barselona" "Atletiko"nu məğlub edib, Messi karyerasında 600-cü qolunu vurub - VİDEO Görüş 1:0 hesabı ilə başa çatıb
Futbol
4 Mart , 2018 21:40
Barselona Atletikonu məğlub edib, Messi karyerasında 600-cü qolunu vurub - VİDEO

Bakı. 4 mart. REPORT.AZ/ Futbol üzrə İspaniya çempionatının 27-ci turunda "Barselona" öz meydanında "Atletiko"nu qəbul edib.

“Report” xəbər verir ki, "Kamp Nou" stadionunda keçirilən görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Matçda yeganə qolu 26-cı dəqiqədə cərimə zərbəsindən Lionel Messi vurub. Bu, onun bütün rəsmi turnirlərdə vurduğu 600-cü qol olub. Messi bu qollardan 539-nu 13 ildir şərəfini qoruduğu Kataloniya klubunda, 61-ni isə Argentina millisinin heyətində aktivinə yazdırıb.

Bu məğlubiyyət "Atletiko"nun Primeroda altı oyunluq qələbə seriyasına son qoyub.

"Barselona" qələbə sayəsində xallarının sayını 69-a çatdırıb və turnir cədvəlində liderliyini daha da möhkəmləndirib. "Atletiko" (61) ikinci yeri tutur.

İspaniya - Primero. 27-ci tur

"Barselona" – "Atletiko M" - 1:0

Qol: 1:0 – Messi – 26

Son xəbərlər

Orphus sistemi