Yuxarı

​"Barselona" "Atletiko"nu İspaniya Kubokundan kənarlaşdırdı

Madriddə keçən görüş 3:2 hesabı ilə Luis Enrikenin yetirmələrinin xeyrinə başa çatıb.

Bakı. 29 yanvar. REPORT.AZ/ "Barselona" futbol üzrə İspaniya Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Atletiko"ya qalib gəlib.

"Report" xəbər verir ki, Madriddə keçən görüş 3:2 hesabı ilə Luis Enrikenin yetirmələrinin xeyrinə başa çatıb.

Oyunda hesabı madridlilər açıb. Fernando Torres 1-ci dəqiqədə fərqlənməyi bacarıb. Çox keçmədən Neymar komandasının bərabərlik qolunu vurub. Ev sahibləri birinci hissənin ortalarında Raul Qarsiyanın qolu ilə yenidən önə keçiblər. Lakin Mirandanın avtaqolu hesaba bir daha tarazlıq gətirib. Matçın 41-ci dəqiqəsində Neymar yenidən meydana çıxıb və bu dəfə "Barselona"nın qələbə topunu vurub.

İkinci hissədə qapılar toxunulmaz qalıb və "Barselona" yarımfinala vəsiqə qazanıb.

Komandalar arasında birinci oyun katalonların 1:0-lıq qələbəsi ilə başa çatmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi