Yuxarı

"Barselona" 25-ci dəfə futbol üzrə İspaniya çempionu olub

"Barselona" 25-ci dəfə futbol üzrə İspaniya çempionu olub

Bakı. 30 aprel. REPORT.AZ/ "Barselona" komandası 25-ci dəfə futbol üzrə İspaniya çempionu olub.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, "Barselona" səfərdə, 35-ci turun matçında "Deportivo" ilə görüşüb. Qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komanda vaxtından əvvəl çempionluğu təmin edib.

"Barselona"nın heyətində Filip Koutino (7-ci dəqiqədə) və Lionel Messi (38, 82 və 85-ci  dəqiqələrdə) fərqləniblər. "Deportivo"nun heyətində isə Lukas Peres (40-cı dəqiqədə) və Emre Çolak (64-cü dəqiqədə) qonaqların qapısına yol tapa biliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi