Barak Obama IOC və FİFA-nı korrupsiyaya qurşanmaqda ittiham edib

Barak Obama IOC və FİFA-nı korrupsiyaya qurşanmaqda ittiham edib "Hamı Kopenhagenə gələcəyim təqdirdə qazanmaq üçün yaxşı şansımızın olacağını düşünürdü"
Futbol
4 Oktyabr , 2016 17:31
Barak Obama IOC və FİFA-nı korrupsiyaya qurşanmaqda ittiham edib

Bakı. 4 oktyabr. REPORT.AZ/ "Beynəlxalq Olimpiya Komitəsinin (IOC) oyunların ev sahiblərinin seçimi ilə bağlı qərarları korrupsiyalaşdırılıb."

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Barak Obama "Rappler" nəşrinə müsahibəsində bildirib.

"Hamı Kopenhagenə gələcəyim təqdirdə qazanmaq üçün yaxşı şansımızın olacağını düşünürdü. Buna görə də birgünlük səfər məqsədəuyğun idi. Lakin sonradan öyrəndik ki, FİFA-da olduğu kimi, IOC-da da qərarlar başqa formada verilir" - B.Obama söyləyib.

Xatırladaq ki, 2009-cu ilin oktyabr ayında Danimarkanın paytaxtı Kopenhagendə keçirilən IOC sessiyasında Rio-de-Janeyro Yay Olimpiya Oyunları-2016 turnirinə ev sahibliyi etmək hüququ uğrunda mübarizədə Madrid, Çikaqo və Tokiodan üstün tutulmuşdu. B.Obama isə Kopenhagenə ABŞ şəhərinin namizədliyini dəstəklədiyini göstərmək üçün gəlmişdi.

Ümumiyyətlə, IOC 2017-ci il sentyabrın 15-də 2024-ci ildə Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin adını açıqlayacaq. Yay olimpiadasını keçirməyə namizədlər Paris, Budapeşt və Los-Anceles şəhərləridir.

Son xəbərlər

Orphus sistemi