Yuxarı

"Neftçi"nin hücumçusu: "Çempionluq barədə fikirləşsək də, əsas məsələ növbəti oyundur"

Baqali Dabo

“Çempionluq üçün kifayət qədər yaxşı şanslarımız var. Bu barədə fikirləşsək də, əsas məsələ hər növbəti oyundur”.

“Report” xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Baqali Dabo klubun rəsmi saytına müsahibə deyib. 31 yaşlı fransalı hücumçu “Neftçi”yə azarkeşlik edən hər kəsi stadiona səsləyib: “Özümü “Neftçi”də çox yaxşı hiss edirəm. Hər şey qaydasındadır. Burada xoşbəxtəm. Komanda qarşıdakı oyunlara var gücüylə çalışır. Biz qələbəyə köklənirik. Azarkeşlərimiz bizi hər zaman dəstəkləyir. Biz də öz növbəmizdə onlar üçün meydanda hər şey etməyə hazırıq. Onlardan gözləntilərimiz yalnız bizi hər oyunda sonadək dəstəkləmələridir. Yaxşı olardı ki, “Neftçi”yə azarkeşlik edən digər insanlar da stadiona gəlsinlər, dəstəklərini tribunalarda versinlər. Bu bizə əlavə stimul verir, gücümüzü daha da artırır”.

Hazırda 11 qolla bombardirlik yarışında lider olan forvard məhsuldarlığından razı olduğunu söyləyib: “Hücumun mərkəzindən çox cinahda oynadığımı nəzərə alsaq, məncə, bu, yaxşı nəticədir. Buna görə də, hazırda 11 qol məni qane edir. Təkcə növbəti turda qarşılaşacağım “Səbail” ilə deyil, bütün oyunlarda yalnız qələbə haqda düşünürük”.

Qeyd edək ki, aprelin 14-də keçiriləcək “Səbail” – “Neftçi” oyunu saat 18:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi