Baqali Dabo: “Əsas rəqiblərimiz "Qarabağ” və "Qəbələ” olacaq”

Baqali Dabo: “Əsas rəqiblərimiz "Qarabağ” və "Qəbələ” olacaq” Bakı. 18 sentyabr. REPORT.AZ/ Neftçi” komandasının futbolçusu Baqali Dabo klubun rəsmi saytına danışıb.
Futbol
18 Sentyabr , 2018 14:53
Baqali Dabo: “Əsas rəqiblərimiz Qarabağ” və Qəbələ” olacaq”
0 : 00
0 : 00

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Neftçi” komandasının futbolçusu Baqali Dabo klubun rəsmi saytına danışıb.

“Report” fransalı hücumçunun müsahibəsini təqdim edir:

- "Keşlə” ilə son oyundan başlayaq. Bu qələbə haqqında nə deyə bilərsiniz?

- Belə matçlarda qalib gəlmək ikiqat vacibdir. Çünki belə çətin qələbələr komandanın ruhuna, mənəvi vəziyyətinə müsbət təsir göstərir. Ən önəmlisi 3 xal idi, onu da qazana bildik.

- Sonuncu dəfə boş qapıya nə vaxt qol vurmusuz?

- Sözün düzü, yadımda deyil. "Keşlə” hesabı bərabərləşdirmək istəyirdi. Son dəqiqədə qapıçıları da irəli atıldı. Mən isə Mirabdulladan ötürmə alıb qapıya zərbə endirdim. Fikrimcə, hələ belə qol vurmamışdım.

- Komandaya tam uyğunlaşdığınızı demək olarmı?

- Təbii. Özümü burada əla hiss edirəm.

- Hazırda "Neftçi”nin ən məhsuldar futbolçususuz. Mövsümün sonunda bu statusu qorumaq sizin üçün nə qədər vacibdir?

- Zərrə qədər də vacib deyil. Mənim üçün ən önəmlisi komandanın qələbələridir. O qələbələri kimin qollarının gətirməsi artıq ikinci dərəcəli məsələdir.

- Növbəti – V turda "Zirə” ilə oyundan nə gözləyirsiniz?

- Yalnız qələbə. Çempion olmaq istəyirsənsə, yalnız qələbə haqda düşünməlisən.

- Dörd turdan sonra lider mövqeyində qərarlaşan "Neftçi” çempionluq iddiasını ortaya qoyub. Sizcə, bu mübarizədə komandamızın ən böyük rəqibləri kimlər olacaq?

- Tam razıyam ki, "Neftçi” bu mövsüm ancaq ən yüksək yer uğrunda mübarizə aparır. Məncə, əsas rəqiblərimiz "Qarabağ” və "Qəbələ” olacaq.

Son xəbərlər

Orphus sistemi