Yuxarı

"Marsel" klubu Mario Balotellini transfer edib

Balotelli rəsmən "Marsel"də

Bakı. 23 yanvar. REPORT.AZ/ İtaliya milli komandasının futbolçusu Mario Balotelli Fransanın "Nitsa" klubundan "Marsel"ə keçib.

"Report"un məlumatına görə, 29 yaşlı hücumçu yeni komandasına azad agent qismində transfer olub.

Onunla cari mövsümün sonunadək müqavilə bağlanılıb. Balotelli bu müddətdə 10 qol vura bilsə, 600 min avro qazanacaq. Qalmaqallı forvard "Marsel"də özünü yaxşı aparsa və etika qaydalarına əməl etsə, daha 800 min avro əldə edəcək.

Qeyd edək ki, Mario Balotelli "Nitsa"da 2016-cı ildən forma geyinirdi. O, əvvəllər İtaliyanın "İnter" və "Milan", eləcə də İngiltərənin "Mançester Siti" və "Liverpul" komandalarında da çıxış edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi