Bakının "Keşlə" klubunun baş məşqçisi istefaya göndərilib

Bakının "Keşlə" klubunun baş məşqçisi istefaya göndərilib Zaur Svanadze ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib
Futbol
29 Oktyabr , 2017 12:08
Bakının Keşlə klubunun baş məşqçisi istefaya göndərilib
"İnter" klubunun baş məşqçisi Zaur Svanadze / Report

Bakı. 29 oktyabr. REPORT.AZ/ "Keşlə FK-nın rəhbərliyi komandanın baş məşqçisi Zaur Svanadze və baş məşqçinin köməkçisi Ramaz Svanadze ilə görüş keçirib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə komandanın fəaliyyəti müzakirə olunub.

Qərara alınıb ki, Z.Svanadze və R.Svanadze arasında imzalanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilsin.

"Keşlə" rəhbərliyi hər iki məşqçiyə komandada fəaliyyətlərinə görə təşəkkürünü bildirib və onlara sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi