Bakının "İnter" komandası Gəncədə gənclərlə oynayacaq

Bakının "İnter" komandası Gəncədə gənclərlə oynayacaq Komandanın gürcüstanlı müdafiəçisi Zurab Xizanişvili karyerasını bitirə bilər
Futbol
27 Aprel , 2017 11:08
Bakının İnter komandası Gəncədə gənclərlə oynayacaq
Report.az

Bakı. 27 aprel. REPORT.AZ/ Bakının “İnter” komandası Azərbaycan Premyer Liqasının sonuncu – XXVIII turunda iki legioner futbolçusunun xidmətindən yararlana bilməyəcək. Bu barədə “Report”a paytaxt təmsilçisinin baş məşqçisi Zaur Svanadze məlumat verib.

59 yaşlı gürcüstanlı mütəxəssis bildirib ki, həmyerlisi Zurab Xizanişvili və rumıniyalı Adrian Skarlatake “Kəpəz”lə səfər matçında iştirak etməyəcək. Hər iki mərkəz müdafiəçisi zədə üzündən meydana çıxa bilməyəcək. Baş məşqçi Gəncədə keçiriləcək görüşdə gənclərə də şans verəcəyini söyləyib: “Səfərə əsas heyətlə yollanacağıq. Lakin zədəli Zurab Xizanişvili və Adrian Skarlatake bizimlə birgə olmayacaq. Rumıniyalıya vətəninə getmək üçün icza vermişik. Gəncədə həm aparıcı, həm də gənc futbolçulara şans verməyi düşünürük”.

Xizanişviliyə gəldikdə, Svanadze bildirib ki, 36 yaş futbolçunun karyerasını başa vurma ehtimalı var: “Zurab hələ gələcək karyerası barədə qərar verməyib. O, ya peşəkar futbolla vidalaşacaq, ya da “İnter”də daha bir mövsüm oynayacaq. Hər şey klubun aqibətindən asılıdır”.

Qeyd edək ki, aprelin 29-da keçiriləcək “Kəpəz” – “İnter” oyunu saat 16:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi