Yuxarı
    Bağlamaq

    Bakının "İnter" klubunun sabiq futbolçusu son mənzilə yola salınıb

    Mərhumla vida mərsimi Qremio Arenada keçirilib

    Bakı. 5 dekabr. REPORT.AZ/ Braziliyanın "Şapokeonse" klubunun Kolumbiyada baş verən təyyarə qəzasında ölən üzvü Filipe Maçado son mənzilə yola salınıb.

    "Report"un məlumatına görə, mərhumla vida mərasimi "Qremio Arena"da keçirilib.

    Vida mərasimində azarkeşlər, mərhumun ailəsi, yaxınları və onu sevənlər iştirak edib. Onlar stadiona "84" nömrəli futbolka ilə gəlib. Bu isə Maçadonun 1984-cü ildə anadan olması ilə əlaqədardır.

    Qeyd edək ki, Filipe Maçado 2010-2011 mövsümündə Bakının "İnter" klubunda çıxış edib.
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi