Yuxarı
    Bağlamaq

    ​Bakının "İnter" klubunun Müşahidə Şurasına sədr təyin olunub

    Azərbaycan Beynəlxalq Bankı ASC-nin İdarə Heyətinin qərarı ilə bu vəzifəyə Yohann Enqbrext gətirilib

    Bakı. 13 avqust. REPORT.AZ/ Bakının "İnter" klubunun Müşahidə Şurasının tərkibində dəyişiklik edilib. 

    "Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin Nizamnaməsinə uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı ASC-nin İdarə Heyəti Akif Əhmədiya oğlu Əliyevin və Yohann Enqbrextin "İnter"in Müşahidə Şurasına üzv seçilmələri barədə qərar qəbul edib.

    Bundan əlavə, həmin qərarla Yohann Enqbrext "İnter"in Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi