Yuxarı
    Bağlamaq

    Bakının "İnter" klubunun Antalya toplanışındakı bütün rəqibləri dəqiqləşib

    Klub son oyununu yanvarın 23-də keçirəcək

    Bakı. 8 yanvar. REPORT.AZ/ Hazırda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Bakının "İnter" klubunun keçirəcəyi 4 yoldaşlıq oyununda bütün rəqibləri müəyyənləşib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk 2 rəqib Almaniya "Verder"inin 23 yaşadək futbolçulardan ibarət və əsas komandaları olacaq. 

    Oyunlar müvafiq olaraq, yanvarın 13-də saat 17:00-da və yanvarın 15-də saat 14:00-da baş tutacaq. Yanvarın 19-da "İnter" Çexiyanın "Slovan", yanvarın 23-də isə Qazaxıstanın "Atırau" klubu ilə üz-üzə gələcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi