Bakının ​"İnter" klubu yeni transferlərinin adlarını rəsmən açıqlayıb

Bakının ​"İnter" klubu yeni transferlərinin adlarını rəsmən açıqlayıb Müqavilələr yeni mövsümün sonunadək nəzərdə tutulub
Futbol
26 May , 2016 17:00
Bakının ​İnter klubu yeni transferlərinin adlarını rəsmən açıqlayıb

Bakı. 26 may. REPORT.AZ/ Bakının "İnter" klubu yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir.

Klubdan "Report"a verilən məlumata görə, komanda 11 futbolçu ilə münasibətləri rəsmiləşdirib.

Səlahət Ağayev, Denis Silva Kruz, İlkin Qırtımov, Slavik Alxasov, Samir Zərgərov, Abbas Hüseynov, Tərlan Quliyev, Ağabala Ramazanov, Elnur Abdullayev, Pərdis Fərcad-Azad və Rauf Əliyevlə yeni müqavilələr imzalanıb.

Müqavilələr yeni mövsümün sonunda başa çatacaq. 

Qeyd edək ki, bundan öncə Şahin Zəkiyev, Sərtan Taşkın, Aqşin Quluzadə, Mirhüseyn Seyidov və Nizami Hacıyevlə müqavilə imzalanmışdı.

Son xəbərlər

Orphus sistemi