Yuxarı

Bakının "İnter" klubu Avropa Liqasına yeni futbolçu sifariş edib

İvan Benites komandaya qayıdıb

Bakı. 16 iyul. REPORT.AZ/ Bakının "İnter" klubu bu gün keçirəcəyi Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu öncəsi sonuncu futbolçunu sifariş edib. "Report"un məlumatına görə, bu, İvan Benitesdir. 

İspaniyalı müdafiəçi 2014-2015 mövsümünün sonunda klubla yollarını ayırsa da, yenidən "bankirlər"in düşərgəsinə qoşulub. 27 yaşlı Benites UEFA-ya 44 nömrəli forma ilə sifariş olunub. 

Qeyd edək ki, "İnter" Avropa Liqasının II təsnifat mərhələsində İslandiya "Hafnarfyordur"u ilə üz-üzə gələcək. İlk oyun bu gecə Bakı vaxtı ilə saat 00:15-də səfərdə keçiriləcək. Cavab görüşü isə iyulun 23-də Bakıda olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi