​Bakının "İnter” klubu Avrokuboklardan kənarlaşdırılıb

​Bakının "İnter” klubu Avrokuboklardan kənarlaşdırılıb UEFA komandanı növbəti üç mövsümdən birində iştirak hüququndan məhrum edib
Futbol
30 Mart , 2016 23:29
​Bakının İnter” klubu Avrokuboklardan kənarlaşdırılıb

Bakı. 31 mart. REPORT.AZ/ Bakının "İnter” klubu UEFA-nın sanksiyasına məruz qalıb.

"Report" komandanın rəsmi saytına istinadən xəbər verir ki, "bankirlər” növbəti üç Avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində iştirak hüququndan məhrum edilib.

Bununla bağlı qərar qəbul edən UEFA CFCB-nin İstintaq Palatası 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayıb. Qərara əsasən, "İnter” apellyasiya üçün 10 gün ərzində İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər. Bakı klubu bu hüquqdan istifadə etmək niyyətindədir.

Qeyd edək ki, "İnter" bir sıra legionerlərə borclu olduğundan, barəsində qitə futbol qurumu ciddi ölçü götürüb.

Son xəbərlər

Orphus sistemi