Bakıda keçiriləcək Avropa Liqasının finalı üçün biletlər "Yeriniz məlum" devizi ilə satışa çıxarılıb

Bakıda keçiriləcək Avropa Liqasının finalı üçün biletlər "Yeriniz məlum" devizi ilə satışa çıxarılıb Bakı. 7 mart. REPORT.AZ/ Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçının biletləri Yeriniz məlum devizi ilə satışa çıxarılıb.
Futbol
7 Mart , 2019 18:12
Bakıda keçiriləcək Avropa Liqasının finalı üçün biletlər Yeriniz məlum devizi ilə satışa çıxarılıb

Bakı. 7 mart. REPORT.AZ/ Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçının biletləri "Yeriniz məlum" devizi ilə satışa çıxarılıb.

"Report" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytından bildirilib.

Bilet satışı 4 mərhələdə aparılacaq. Martın 21-i Bakı vaxtı ilə saat 17:00-dək davam edəcək birinci mərhələdə həlledici qarşılaşma üçün nəzərdə tutulan 64 000 biletdən 37 500 ədədi əlçatan olacaq.

Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 140 avro, ikinci kateqoriya 90 avro, üçüncü kateqoriya 50 avro, dördüncü kateqoriya isə 30 avro dəyərində olacaq. Bundan əlavə, fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan biletlər dördüncü kateqoriyaya aid ediləcək və 30 avro dəyərində olacaq.

Oyuna qədər onları müşayiət edən bir nəfər üçün bilet isə pulsuz veriləcək. Gənclər üçün paket də təqdim olunacaq və bunun qiyməti 60 avro olacaq. Bu paketə ikinci kateqoriyalı iki bilet – bir böyük (məsələn, valideyn) və bir 14 yaşdan kiçik yeniyetmə üçün dördüncü kateqoriya güzəştində olan bilet daxildir. 400 ədəd gənclər paketi (800 bilet) hər kəs üçün satışda olacaq.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da olacaq.

Son xəbərlər

Orphus sistemi