Bakıdakı final dünyanın 204 ölkəsində canlı yayımlanacaq

Bakıdakı final dünyanın 204 ölkəsində canlı yayımlanacaq Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu Azərbaycan da daxil olmaqla, dünyanın 204 ölkəsində canlı yayımlanacaq.
Futbol
29 May , 2019 16:08
Bakıdakı final dünyanın 204 ölkəsində canlı yayımlanacaq

Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu Azərbaycan da daxil olmaqla, dünyanın 204 ölkəsində canlı yayımlanacaq.

“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasında baş tutacaq matç Avropanın 48 ölkəsində nümayiş olunacaq.

Avropadan kənarda isə 156 ölkənin vətəndaşları qarşılaşmaya canlı baxa biləcəklər. “Sport 24” telekanalı finalı hava və su nəqliyyatında canlı yayımlamaq hüququna malikdir.

Azərbaycanda finalı “CBC Sport” yayımlayacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi