Bakıdakı Avropa Liqasının finalı Dənizkənarı Bulvarda böyük monitorda göstəriləcək

Bakıdakı Avropa Liqasının finalı Dənizkənarı Bulvarda böyük monitorda göstəriləcək İngiltərənin Arsenal və Çelsi komandaları arasında Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa Dənizkənarı Bulvarda baxmaq olacaq.
Futbol
27 May , 2019 16:24
Bakıdakı Avropa Liqasının finalı Dənizkənarı Bulvarda böyük monitorda göstəriləcək

İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasında Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa Dənizkənarı Bulvarda baxmaq olacaq. 

"Report"un məlumatına görə, sözügedən qarşılaşma Azarkeş Festivalının ərazisində quraşdırılmış böyük monitorda nümayiş ediləcək. Azarkeş Festivalının ziyarətçiləri saat 23:00-dan etibarən final qarşılaşmasını canlı yayımda izləyə biləcəklər.

Qeyd edək ki, İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi