Yuxarı

Bakıdakı Avropa Liqasının final matçının hakimləri açıqlanıb

Bakıdakı Avropa Liqasının final matçının hakimləri açıqlanıb

Bakıda keçiriləcək UEFA Avropa Liqasının final qarşılaşmasının hakimləri açıqlanıb. 

"Report"un məlumatına görə, İngiltərənin "Arsenal" və "Çelsi" komandalarının oyunu italiyalı hakimlər briqadasına həvalə olunub. 

FIFA referisi Canluka Rokkiyə yan xətt hakimləri qismində Filippo Meli Lorenzo Manqanelli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Daniele Orsato yerinə yetirəcək. 

Həlledici görüşdə əsas video-köməkçi Hakim (VAR) italiyalı Massimiliano İrrati olacaq. Ona bu işdə həmyerlisi Marko Quida və Polşadan olan Şimon Marçinyak yardımçı olacaq. VAR-da oyundan kənar vəziyyətə isə polşalı Pavel Sokolniçki baxacaq. 

45 yaşlı Rokki 2008-ci ildən FIFA referisidir. O, cari mövsümdə Çempionlar Liqasında 6 oyun idarə edib.

Rokki ilk dəfə Avropa Liqasının finalında əsas hakim olacaq. İtaliyalı daha öncə 2010-cu ildə İniglərənin "Fulhem" və İspaniyanın "Atletiko", 2017-ci ildə isə Hollandiya "Ayaks"ı və İngiltərənin "Mançester Yunayted" kollektivlərinin qarşılaşmasında 4-cü hakim funksiyalarını yerinə yetirib. 2017-ci ildə isə o, "Real Madrid" (İspaniya) və "Mançester Yunayted" komandaları arasında UEFA Super Kuboku matçında baş hakim olub.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Qarşılaşma saat 23:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi