Bakıdakı Avropa çempionatının qalibi müəyyənləşir

Bakıdakı Avropa çempionatının qalibi müəyyənləşir Finalda Portuqaliya ilə İspaniya üz-üzə gələcək
Futbol
21 May , 2016 09:51
Bakıdakı Avropa çempionatının qalibi müəyyənləşir

Bakı. 21 may. REPORT.AZ/ Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının qalibi bu gün müəyyənləşəcək. "Report"un məlumatına görə, finalda Portuqaliya və İspaniya milliləri üz-üzə gələcək.

"Bakcell Arena"da saat 20:00-da başlanacaq qarşılaşmanı çexiyalı referi Petr Ardeleanu idarə edəcək.

Portuqaliya millisi finaladək qapısından bir top belə buraxmayıb. Helio Souzanın baş məşqçi olduğu komanda A qrupunun açılış oyununda Azərbaycan yığmasını 5:0, sonrakı görüşdə Şotlandiyanı 2:0 hesabı ilə yenib, Belçika ilə heç-heçə edib - 0:0. Çempionata D qrupundan başlayan İspaniya isə Hollandiyanı 2:0, İtaliyanı 4:2 hesabı ilə yenib, Serbiya ilə bərabərliyə qalıb - 1:1. Nəticədə hər iki komanda 7 xalla qrup lideri kimi mərhələ adlayıb.

1/4 finalda Portuqaliya Avstriyaya 5:0, İspaniya İngiltərəyə 1:0 hesabı ilə qalib gəlib. Yarımfinalda onlar müvafiq olaraq, Hollandiyanı 2:0, Almaniya 2:1 hesabı ilə məğlub ediblər.

Beləliklə, Portuqaliya və İspaniyanın U-17 milliləri bu gün tarixlərində ikinci dəfə finalda üz-üzə gələcəklər. 2003-cü ildə keçirilmiş həlledici qarşılaşmada Portuqaliya qələbə qazanıb - 2:1. Lakin həmin çempionat qalib komandanın vətənində təşkil olunub. Bu dəfə isə qərb ölkələri təmsilçiləri qitənin şərqində münasibətlərinə aydınlıq gətirəcəklər.

Portuqaliya Avropa çempionatının final mərhələsində 2002-ci ildən çıxış edir və bu müddətdə qızılla yanaşı, bürünc medalı (2004) da hesabına yazıb. İspaniya isə ikiqat Avropa çempionu (2007, 2008), üçqat finalçı (2003, 2004, 2010) və bir dəfə bürünc mükafatçı (2006) olub.

Avropa çempionatı

FİNAL

20:00. Portuqaliya - İspaniya

Hakimlər: Petr Ardeleanu (Çexiya), Balaj Buzaş (Macarıstan), Ceyhun Sesigüzel (Türkiyə), Qunnar Yarl Yonsson (İslandiya)

"Bakcell Arena". 

Son xəbərlər

Orphus sistemi