Yuxarı
    Bağlamaq

    Bakıdakı Avropa çempionatının püşkü atılıb

    Azərbaycan yığması A qrupunda yer alıb

    Bakı. 8 aprel. REPORT.AZ/ Bakı Olimpiya Stadionunda 17 yaşadək futbolçular arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, tədbirdə UEFA-nın milli komandalar şöbəsinin rəhbəri Lens Kelli, gənclər və idman naziri Azad Rəhimov, AFFA-nın I vitse-prezidenti Elşad Nəsirov başda olmaqla, milli assosiasiya rəsmiləri, çempionatın səfiri Röya Ayxan, ötənlərin məşhur italiyalı qapıçısı Françesko Toldo da iştirak edib.

    Püşkü Kelli və Röyadan əlavə, Azərbaycanın məşhur futbolçusu İsgəndər Cavadov çəkib. Nəticədə final mərhələsinə vəsiqə qazanmış 16 ölkə yığması püşk nəticəsində 4 qrupa bölünüb. Azərbaycan millisinin bəxtinə Portuqaliya, Belçika, Şotlandiya düşüb:

    A qrupu: Azərbaycan, Portuqaliya, Belçika, Şotlandiya,

    B qrupu: Ukrayna, Almaniya, Avstriya, Bosniya və Herseqovina

    C qrupu: Fransa, Danimarka, İngiltərə, İsveç

    D qrupu: İtaliya, Serbiya, Hollandiya, İspaniya

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi