Bakı. 18 may.
Pireneylilər yarımfinalda Hollandiya millisini mübarizədən kənarlaşdırıb - 2:0. "Dalğa Arena"ya toplaşan azarkeşlər matçın 25-ci dəqiqəsində ilk qolun şahidi olublar. Portuqaliyanın heyətində Joze Qomeş adını tabloya yazdırıb. 56-cı dəqiqədə isə Dioqo Dalot hesab arasındakı fərqi artırıb.
Qeyd edək ki, digər finalçı saat 20:00-da elə "Dalğa Arena"da keçiriləcək Almaniya - İspaniya oyununun qalibi olacaq. Çempionluq qarşılaşması isə mayın 21-də "Bakcell Arena"da baş tutacaq.