Bakıdakı Avropa çempionatının 16 iştirakçısından 10-u müəyyənləşib

Bakıdakı Avropa çempionatının 16 iştirakçısından 10-u müəyyənləşib Hollandiya yığması da bu hüquqa yiyələnib
Futbol
30 Mart , 2016 13:00
Bakıdakı Avropa çempionatının 16 iştirakçısından 10-u müəyyənləşib

Bakı.30 mart. REPORT.AZ/ Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatına daha bir vəsiqənin sahibi müəyyənləşib. "Report"un məlumatına görə, bu, Hollandiya yığmasıdır.

"Narıncılar" elit-raundda 4-cü qrupun son tur matçında Almaniyaya 0:1 hesabı ilə yenilsələr də, 4 xalla 2-ci yeri tutublar. Nəticədə elə hər iki komanda mayın 5-də start götürəcək final mərhələsində iştirak hüququna yiyələnib. Bununla da 16 vəsiqədən 10-u müəyyənləşib.

Qeyd edək ki, daha öncə təşkilatçı Azərbaycan millisi, İngiltərə, Ukrayna, Portuqaliya, İsveç, Belçika, İtaliya, Bosniya və Herseqovina da bu hüququ qazanıb. Avropa çempionatı mayın 21-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi