Bakıdakı Avropa çempionatını daha 6 klubun skautları izləyəcək

Bakıdakı Avropa çempionatını daha 6 klubun skautları izləyəcək Onların arasında "Mançester Yunayted" də var
Futbol
22 Aprel , 2016 14:06
Bakıdakı Avropa çempionatını daha 6 klubun skautları izləyəcək

Bakı. 22 aprel. REPORT.AZ/ Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatını daha 6 klubun skautları izləyəcəklər. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar “Mançester Yunayted” (İngiltərə), “Bavariya” (Almaniya), “Monako” (Fransa), “Benfika” (Portuqaliya), “Zalsburq” (Avstriya) və “Midlsbro” (İngiltərə) klublarıdır. 

Artıq onlar Bakıya səfər edəcəkləri barədə AFFA-ya müraciət ünvanlayıblar. Bununla da çempionatı izləyəcək klub skautlarının sayı 10-a yüksəlib. Daha öncə Mançester Siti”, “Arsenal” (hər ikisi İngiltərə), “Sevilya” (İspaniya) və “Portu” (Portuqaliya) da eyni istəklə çıxış edib. 

Qeyd edək ki, Avropa çempionatı 5-21 mayda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi