​Bakıdakı Avropa çempionatında daha bir yarımfinalçı müəyyənləşib

​Bakıdakı Avropa çempionatında daha bir yarımfinalçı müəyyənləşib İspaniya Almaniyaya rəqib olub
Futbol
15 May , 2016 17:55
​Bakıdakı Avropa çempionatında daha bir yarımfinalçı müəyyənləşib

Bakı. 15 May. REPORT.AZ/ Bakıda 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında daha bir yarımfinalçı müəyyənləşib. "Report"un məlumatına görə, bu, İspaniya millisidir.

Pireneylilər "Bakcell Arena"da keçirilən 1/4 final qarşılaşmasında İngiltərəni yeniblər - 1:0. Yeganə qolu 11-ci dəqiqədə Fransisko Qarsia vurub. Yarımfinalda İspaniyanın rəqibi Almaniya olacaq.

Sonuncu yarımfinalçı isə saat 20:00-da başlanacaq İsveç - Hollandiya görüşünün qalibi olacaq. Qalib komanda digər yarımfinalda Portuqaliya ilə qarşılaşacaq. Oyunlar mayın 18-də keçiriləcək.

Avropa çempionatı, 1/4 final

15 may

16:00. İspaniya - İngiltərə - 1:0

Qol: Fransisko Qarsia, 11

Baş hakim: Sveyn-Erik Edvartsen (Norveç)

"Bakcell Arena"

20:00. İsveç - Hollandiya

Baş hakim: Ville Nevalaynen (Finlandiya)

"Bakcell Arena"

Son xəbərlər

Orphus sistemi