Bakıdakı Avropa çempionatında 2-ci tura yekun vurulur

Bakıdakı Avropa çempionatında 2-ci tura yekun vurulur Bu gün Fransa - İngiltərə və İtaliya - Hollandiya qarşılaşmaları oynanılacaq
Futbol
9 May , 2016 09:30
Bakıdakı Avropa çempionatında 2-ci tura yekun vurulur

Bakı. 9 may. REPORT.AZ/ Bakıda 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında bu gün 2-ci turun son 4 qarşılaşması oynanılacaq. "Report"un məlumatına görə, görüşlər Bakı Olimpiya Stadionu və "Azərsun Arena"da baş tutacaq.

Əvvəlcə C qrupunun görüşündə Danimarka İsveçlə üz-üzə gələcək. Oyunun 4-cü hakimi azərbaycanlı FİFA referisi Əliyar Ağayev olacaq. Bu matçın ardından D qrupunun İtaliya - Hollandiya və digər FİFA referisi Orxan Məmmədovun 4-cü hakim funksiyasını yerinə yetirəcəyi Serbiya - İspaniya matçları keçiriləcək. Tura C qrupunun Fransa - İngiltərə qarşılaşması ilə yekun vurulacaq.

Avropa çempionatı, 2-ci tur

C qrupu

14:00. Danimarka - İsveç

Baş hakim: Mitya Jqanets (Sloveniya)

Bakı Olimpiya Stadionu

20:00. Fransa - İngiltərə

Baş hakim: Fran Yoviç (Xorvatiya)

"Azərsun Arena"

Xallar: İsveç - 3, Danimarka - 1, Fransa - 1, İngiltərə.

D qrupu

16:00. İtaliya - Hollandiya

Baş hakim: Bartoş Frankovski (Polşa)

"Azərsun Arena"

17:00. Serbiya - İspaniya

Baş hakim: Ville Nevalaynen (Finlandiya)

Bakı Olimpiya Stadionu

Xallar: İspaniya - 3, İtaliya - 3, Serbiya - 0, Hollandiya - 0. 

Son xəbərlər

Orphus sistemi