Bakıdakı Avropa çempionatında 1/4 finalçıların hamısı müəyyənləşib

Bakıdakı Avropa çempionatında 1/4 finalçıların hamısı müəyyənləşib Oyunlar 14-15 mayda olacaq
Futbol
12 May , 2016 20:16
Bakıdakı Avropa çempionatında 1/4 finalçıların hamısı müəyyənləşib

Bakı. 12 may. REPORT.AZ/ Bakıda 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında 1/4 finala daha iki vəsiqə sahibini tapıb. "Report"un məlumatına görə, bunlar C qrupunda yer alan İsveç və İngiltərə milliləridir. 

Belə ki, İngiltərə Danimarkanı 3:1 hesabıyla məğlub edərək qrupdan çıxıb. İsveç isə Fransanı 1:0 hesabıyla məğlub edərək növbəti mərhələyə yüksəlib.

Beləliklə, 1/4 finalda Portuqaliya-Avstriya, Almaniya-Belçika, İsveç-Hollandiya və İngiltərə-İspaniya qarşılaşmaları keçiriləcək. 

Oyunlar 14-15 mayda olacaq. 

Son xəbərlər

Orphus sistemi