Bakıda UEFA-nın seminarı keçiriləcək

Bakıda UEFA-nın seminarı keçiriləcək AFFA-nın lisenziyalaşdırma qrupu və “Qəbələ” İdman Klubunun nümayəndələri çıxış edəcəklər
Futbol
16 Fevral , 2016 12:31
Bakıda UEFA-nın seminarı keçiriləcək

Bakı. 16 fevral. REPORT.AZ/ Fevralın 17-də AFFA-nın təşkilatçılığı ilə klubların lisenziyalaşdırılması üzrə UEFA-nın seminarı işə başlayacaq. "Report"un məlumatına görə, “Boulevard Hotel Baku”da təşkil olunacaq tədbirdə UEFA nümayəndələri ilə yanaşı, İspaniya, Rumıniya, Macarıstan, Türkiyə, Rusiya, Slovakiya, Çexiya, Ukrayna, Belarus, Latviya, Gürcüstan, Litva, Qazaxıstan və Moldova futbol federasiyalarının lisenziyalaşdırma üzrə mütəxəssisləri qatılacaq. 

Seminarda ötən Lisenziyalaşdırma mövsümü təhlil olunacaq, FİFA və UEFA-nın Klubların Lisenziyalaşdırılması üzrə qaydaları, lisenziyalaşdırma sisteminin inkişaf perspektivləri mövzuları ətrafında müzakirələr aparılacaq. AFFA-nın lisenziyalaşdırma qrupunun və “Qəbələ” İdman Klubunun nümayəndələri çıxış edərək Azərbaycanda Lisenziyalaşdırma sesteminin tətbiqi ilə bağlı tədbir iştirakçılarına məlumat verəcəklər.

Qeyd edək ki, tədbir iki gün davam edəcək. 

Son xəbərlər

Orphus sistemi