Bakıda UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun daha bir moduluna start verilib

Bakıda UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun daha bir moduluna start verilib Bakı. 9 avqust. REPORT.AZ/ Bu gün AFFA-nın Futbol Akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun daha bir moduluna start verilib.
Futbol
9 Avqust , 2018 16:04
Bakıda UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun daha bir moduluna start verilib

Bakı. 9 avqust. REPORT.AZ/ Bu gün AFFA-nın Futbol Akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun daha bir moduluna start verilib.

“Report”un məlumatına görə, avqustun 11-dək davam edəcək bu modulda bu il Rusiyada təşkil olunmuş dünya çempionatının oyunları təhlil olunacaq. Qarşılaşmalarda taktiki planda diqqətçəkən məqamlar və müşahidə olunan yeniliklər müzakirə ediləcək.

UEFA-nın tövsiyəsi ilə təşkil olunmuş, AFFA-nın texniki direktoru Bernhard Lippert, təlimatçılar - Aslan Kərimov və Osman Rəhimovun iştirakı ilə keçirilən bu modulun yekunları kursda təhsil alan məşqçilərin qiymətləndirilməsinə təsir göstərməyəcək.

Qeyd edək ki, Pro kateqoriyalı məşqçi kursunda 11 nəfər - “Sabah”ın baş məşqçisi Elşad Əhmədov, "Qarabağ”ın məşqçisi Elçin Rəhmanov, Ağdam təmsilçisinin kapitanı, 20 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Sadıqov, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd, 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Zaur Həşimov, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ramin Quliyev, “Neftçi"nin əvəzedici heyətinin baş məşqçisi Mahmud Qurbanov, “Mançester Yunayted” Futbol Məktəbinin baş məşqçisi Mik Bennett, eləcə də Samir Abasov, Siyasət Əsgərov və Baba Əsgərov iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi