Bakıda UEFA kursunun sonuncu seminarı keçirilib

Bakıda UEFA kursunun sonuncu seminarı keçirilib Sertifikat alanlar arasında "Sumqayıt"ın prezidenti ilə "Xəzər Lənkəran"ın vitse-prezidenti də var
Futbol
18 İyul , 2016 10:25
Bakıda UEFA kursunun sonuncu seminarı keçirilib

Bakı. 18 iyun. REPORT.AZ/ Bakıda "UEFA Certificate in Football Management" tədris kursunun sonuncu seminarı keçirilib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə AFFA, Azərbaycan klubları və beynəlxalq futbol təşkilatlarının nümayəndələri, həmçinin İran, Qırğızıstan və Malayziya təmsilçiləri iştirak edib. 

İştirakçılar məşğələlər başa çatdıqdan sonra imtahan verib və müvafiq sertifikatlar təqdim olunub. Sertifikat alanlar arasında "Sumqayıt"ın prezidenti Kamran Quliyevlə "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov da var.   

Qeyd edək ki, proqramın məqsədi UEFA-nın üzvləri və partnyorları arasında idman və xüsusilə futbol menecmenti üzrə biliklərin artırılmasıdır. Proqram UEFA və Lozanna Universitetindəki Swiss Graduate School of Public Administration (IDHEAP) dəstəyi ilə UEFA-nın üzvü olan müxtəlif ölkələrdə keçirilir.

Son xəbərlər

Orphus sistemi