​Premyer Liqa: "Neftçi" - "Xəzər Lənkəran" oyunu heç-heçə başa çatıb - VİDEO

​Premyer Liqa: "Neftçi" - "Xəzər Lənkəran" oyunu heç-heçə başa çatıb - VİDEO Matçda qapılara 2 qol vurulub
Futbol
20 Sentyabr , 2015 22:52
​Premyer Liqa: Neftçi - Xəzər Lənkəran oyunu heç-heçə başa çatıb - VİDEO

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində "Neftçi" "Xəzər Lənkəran"ı qəbul edib.

"Report" xəbər verir ki, qarşılaşmanın 56-cı dəqiqəsində qonaqlar azlıqda qalıblar. Manuel Skarlatake qırmızı vərəqə görərək meydandan qovulub. Üstünlükdən istifadə edən “Neftçi” 58-ci dəqiqədə Araz Abdullayevin qolu ilə irəli çıxıb – 1:0.

Lakin “Neftçi” futbolçularının sevinci uzun sürməyib və qonaqların futbolçusu Rahid Əmirquliyev 60-cı dəqiqədə hesabda tarazlıq yaradıb. Görüş elə 1:1 hesabı ilə də başa çatıb.

Son xəbərlər

Orphus sistemi