Yuxarı
    Bağlamaq

    Bakıda keçirilmiş "Eurovision" mahnı müsabiqəsinin iştirakçıları DÇ-2018-ə klip çəkib - VİDEO

    Mahnının təqdimatı ölkə çempionatının oyunundan öncə baş tutub

    Bakı. 20 sentyabr. REPORT.AZ/ Bakıdadakı Eurovision-2012 mahnı müsabiqəsində iştirak etmiş "Buranovski babuşki" qrupu Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il dünya çempionatı üçün klip çəkib. 

    "Report"un məlumatına görə, "Ole-Ola" adlı mahnının təqdimatı sentyabrın 18-də baş tutub.

    Bu, Rusiya çempionatının VII turunda Samarada keçirilmiş "Krılya Sovetov" - MOİK (1:2) oyunundan öncə olub. Oyundan yarım saat əvvəl nənələr meydana çıxaraq mahnını ifa ediblər.

    Bu gündən isə klip "Youtube" internet portalına yüklənib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi