Yuxarı

Bakıda keçiriləcək UEFA İcraiyyə Komitəsi iclasının Gündəlik məsələləri açıqlanıb

Bakıda keçiriləcək UEFA İcraiyyə Komitəsi iclasının programı açıqlanıb

Mayın 29-da Bakıda keçiriləcək UEFA İcraiyyə Komitəsi iclasının Gündəlik məsələləri açıqlanıb.

"Report" AFFA-ya istinadən xəbər verir ki, gündəliyə 2021-ci ildə UEFA Qadınlararası Çempionlar Liqasının ev sahibinin müəyyənləşdirilməsi və aşağıdakı məsələlər daxildir:

1. Müxtəlif yarışların və texniki qaydaların təsdiqi

2. Futzal üzrə UEFA Avropa Çempionatı 2020-22

3. 2019/20 UEFA Avropa U-17 və U-19 çempionatları

4. 2019/20 UEFA Avropa Qadınlararası U-17 və U-19 çempionatları

5. UEFA İntizam qaydaları (2019 buraxılışı)

6. UEFA Təhlükəsizlik qaydaları (2019 buraxılışı)

7. UEFA Klubların maliyyə nəzarəti orqanının prosedur qaydaları (2019 buraxılışı)

8. Turnirlərin əsasnamələri – Oyun qaydalarına adaptasiya

9. UEFA Avropa Gənclər çempionatlarının formatı

10. Reynhart Qrindelin UEFA vitse-prezidenti və FIFA İcraiyyə Komitəsi üzvlüyündən azad olunması

11. UEFA Grassroots mükafatı 2019

Xatırladaq ki, tarixdə ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası Bakıda təşkil olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi