Bakı. 11 noyabr. REPORT.AZ/ Düz 200 gün sonra 56 klubun iştirak etdiyi nüfuzlu turnirin – UEFA Avropa Liqasının həlledici oyununda 2 komanda Bakı Olimpiya Stadionunda (BOS) üz-üzə gələcək.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avropanın BOS görüşündə futbolsevərlər qrup mərhələsində hələ ki yüksək nəticə göstərən “Çelsi”, “Arsenal” və “Milan”, eləcə də “Sevilya”, “Marsel”, “Latsio”, “Beşiktaş”, “Fənərbaxça”, MOİK, “Zenit” kimi əfsanəvi klublardan yalnız ikisinin qarşılaşmasını izləmək imkanı qazanacaqlar.
Tədbirin təşkilati və UEFA ilə əlaqələndirmə işlərinə məsul olan AFFA ilk dəfə olaraq özünün könüllülər proqramını təqdim edəcək. Könüllülük proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacaq. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.
Noyabrın 21-də isə final oyununa özəl hazırlanmış
Avropa Liqası təkcə futbol zövqü yaşatmır, həm də qazandırır.
Final oyununu izləməyə gələn azarkeşlər üçün də maraqlı proqramlar nəzərdə tutulub. Bakı bulvarında qurulacaq və minlərlə azarkeşin ürəyincə olacaq fan-zona 25-29 mayda fəaliyyət göstərəcək. Bundan əlavə, İntellektual Oyunlar üzrə Kubokun, Avropa Liqasının tarixi, əfsanəvi futbolçular və komandalarla bağlı əşyaların nümayiş etdiriləcəyi irimiqyaslı “Hall of Fame” adlı tədbirin təşkili, eləcə də şəhərimizin müxtəlif nöqtələrində tədbir və oyunların keçirilməsi nəinki futbol azarkeşlərini, hər kəsi Liqanın bir hissəsinə çevirəcək.
Futbolu real həyatdan virtuala daşımağı bacaranlar üçün nəzərdə tutulan futbol üzrə kiber çempionatın təşkili isə insanları finala qədər həyəcanda saxlayacaq və hər kəsi futbol bayramı ətrafında toplayacaq.
Bundan əlavə, 25-27 may tarixlərində Bakıda dünya futbol ulduzlarının iştirakı ilə “Speaker Panel” tədbiri keçiriləcək.
Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib. Media nümayəndələri, eləcə də futbol həvəskarları Avropa Liqası, həmçinin keçiriləcək tədbirlər və yarışlar ilə bağlı rəsmi məlumatları
Bundan əvvəl Bakıda keçiriləcək Avropa Liqasının final oyununun təhlükəsizliyi ilə bağlı iclas keçirilib.