Yuxarı

Bakıda keçiriləcək Avropa Liqasının finalının açılış mərasimində tanınmış DJ çıxış edəcək

Bakıda keçiriləcək Avropa Liqasının finalının açılış mərasimində tanınmış DJ çıxış edəcək

Bakıda keçiriləcək UEFA Avropa Liqası finalının açılış mərasimidə DJ Conas Blu çıxış edəcək.

“Report” xəbər verir ki, britaniyalı sənətçi 150 yerli rəqqasla birgə böyük oyunun cəlbedici başlanğıcını qoyacaq. Azərbaycan paytaxtında - Şərqlə Qərbin qovuşduğu şəhərdə səhnəyə qoyulmuş bu performansın zəngin və özündə müxəlif təcrübəni ehtiva edəcəyi gözlənilir.

Əsrarəngiz xüsusi effektlər səmanı işıqlandırdığı vaxt Conas Blu özünün ən böyük hitlərinin miksini nümayiş etdirəcək və tamaşaçılara müsbət enerjini verməklə final oyununda mübarizəyə qoşulmağa hazırlaşan iki komandaya xüsusi ehtiramını bildirəcək.

Açılış mərasiminin prodüseri Polşa şirkəti “Platige Image”dir. Şirkət indiyədək 7 UEFA mərasimi üzərində çalışıb. Mərasimin rejissoru dünya miqyasında canlı şouları yaradan və onları idarə edən tanınmış xoreoqraf Valdek Şimkovyakdır.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi