Bakıda keçiriləcək Avropa Liqasının finalında stüart sistemi tətbiq olunacaq

Bakıda keçiriləcək Avropa Liqasının finalında stüart sistemi tətbiq olunacaq 1200 polis əməkdaşına təlim keçiriləcək
Futbol
20 Dekabr , 2017 12:27
Bakıda keçiriləcək Avropa Liqasının finalında stüart sistemi tətbiq olunacaq
AFFA-nın baş katibi Elxan Məmmədov / Report/ Elshan Baba

Bakı. 20 dekabr. REPORT.AZ/ 2019-cu ildə Bakıda keçiriləcək futbol üzrə Avropa Liqasının final matçında stüart sistemi təşkil olunacaq. "Report"un məlumatına görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib. 

E.Məmmədov bildirib ki. bu məqsədlə gələn ilin aprelində 1200 polis əməkdaşı təlimlərə cəlb ediləcək və onlar stüart kimi formalaşdırılacaqlar. Baş katib say çoxluğunu belə əsaslandırıb: "Özümüz bu sayda əməkdaş seçdik ki, rotasiya edək. İndiki halda polissiz oyun təşkil edə bilmərik. Hazırda stüart sisemi üzərində iş gedir. 

Son xəbərlər

Orphus sistemi