Bakıda keçiriləcək Avropa Liqasının final oyununun təhlükəsizliyi ilə bağlı iclas keçirilib

Bakıda keçiriləcək Avropa Liqasının final oyununun təhlükəsizliyi ilə bağlı iclas keçirilib Bakı. 5 noyabr. REPORT.AZ/ Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq məqsədilə müxtəlif məsələlərin müzakirə edildiyi mütəmadi iclaslar keçirilir.
Futbol
5 Noyabr , 2018 13:05
Bakıda keçiriləcək Avropa Liqasının final oyununun təhlükəsizliyi ilə bağlı iclas keçirilib
affa.az

Bakı. 5 noyabr. REPORT.AZ/ Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq məqsədilə müxtəlif məsələlərin müzakirə edildiyi mütəmadi iclaslar keçirilir.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, növbəti tədbir Bakı Olimpiya Stadionunda təşkil olunub. Final qarşılaşmasının təhlükəsizliyinin təmin olunması ilə bağlı iclasa UEFA nümayəndələri Andreas Şar və Deni Kistenyov da qatılıb. 

Tədbirdə həmçinin final matçının təşkili üzrə əməliyyat qrupunun üzvləri, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak edib.

Qeyd edək ki, Avropa Liqasının final matçı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi