Bakıda keçiriləcək Avropa çempionatının stadionları və püşkatma vaxtı açıqlanıb

Bakıda keçiriləcək Avropa çempionatının stadionları və püşkatma vaxtı açıqlanıb Oyunlar üçün 4 stadion ayrılıb
Futbol
12 Fevral , 2016 13:46
Bakıda keçiriləcək Avropa çempionatının stadionları və püşkatma vaxtı açıqlanıb

Bakı. 12 fevral. REPORT.AZ/ Mayın 5-də Bakıda 17 yaşadək futbolçular arasında start götürəcək Avropa çempionatının stadionları rəsmən açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 21-dək davam edəcək çempionatın oyunları Bakı Olimpiya Stadionu, Bakcell Arena, Dalğa Arena və Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək.

Bu arenalarda ümumilikdə 31 oyun təşkil olunacaq. Çempionat UEFA və AFFA tərəfindən təşkil olunacaq. Rəsmi püşkatma mərasiminin aprelin 8-də Bakıda təşkil ediləcək.

Yeniyetmələr arasında Avropa çempionatı ilk dəfə 1980-ci il təşkil olunub. 2000-ci ilədək çempionat 16 yaşadək futbolçular arasında, 2001-ci ildən etibarən isə 17 yaşadək futbolçular arasında keçirilir. Müxtəlif illərdə Luiş Fiqu, Tyeri Anri, Ueyn Runi, Kriştianu Ronaldo, Mario Götze, Toni Krus və Jerar Pike kimi futbol ulduzları məhz bu çempionatda futbolçu karyeralarının ilk addımlarını atıblar. Bunu nəzərə alaraq, gələcəyin hansısa dünya miqyaslı futbol ulduzunun Azərbaycanda keçiriləcək çempionatda parlaması ehtimalı yüksəkdir.

2015-ci ildə çempionat Bolqarıstanda keçirilib və turnirin qalibi Fransa yığma komandası olub.

Qeyd edək ki, 2015-ci ilədək çempionat 8, 2015-ci ildən etibarən isə 16 komanda arasında keçirilir. 

Son xəbərlər

Orphus sistemi