Bakıda keçiriləcək 2016-cı il Avropa çempionatının stadionları müəyyənləşib

Bakıda keçiriləcək 2016-cı il Avropa çempionatının stadionları müəyyənləşib Final mərhələsinin oyunları üçün 6 arena ayrılacaq
Futbol
21 Sentyabr , 2015 18:35
Bakıda keçiriləcək 2016-cı il Avropa çempionatının stadionları müəyyənləşib

Bakı. 21 sentyabr. REPORT.AZ/ 2016-cı ildə Azərbaycanda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının stadionları müəyyənləşib. Bu barədə "Report"a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, 16 komandanın iştirakı ilə final mərhələsinin bütün oyunları Bakıda təşkil olunacaq. Bunun üçün Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, "Bakcell Arena", "Qarabağ" klubuna məxsus və bu yaxınlarda istifadəyə veriləcək Suraxanı qəsəbə stadionu, Mərdəkandakı "Dalğa Arena", eləcə də Masazırdakı "Əlincə" stadionu ayrılacaq.

Qeyd edək ki, Avropa çempionatı gələn ilin mayında keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi