Yuxarı

Bakıda cüdo üzrə beynəlxalq seminar keçirilib

Azərbaycanlı hakim və məşqçilərin fəallığı seminar rəhbərlərini razı salıb

Bakı. 10 may. REPORT.AZ/ Bu gün Avropa otelində cüdo hakimləri və məşqçilər üçün seminar keçirilib. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, seminarı Beynəlxalq Cüdo Federasiyasının Hakimlər Komitəsinin direktoru Bern Ahilles və komitə üzvü, yarışların komissarı Paskal Tonino Çurlia keçiriblər.

Beynəlxalq seminarda müxtəlif yarışlarda mübahisəli vəziyyətlər, qayda dəyişikliklərindən əvvəl və sonrakı texnikanın, yarış nəticələrinin statistik müqayisələri, neqativ-pozitiv cüdo, hücum-müdafiə və s. texniki-taktiki aspektlər geniş müzakirə olunub. Müvafiq videomateriallar üzərində fikir mübadiləsi aparılıb. 

100-ə yaxın iştirakçının olduğu seminarda azərbaycanlı hakim və məşqçilərin fəallıq göstərərək əksər sualları doğru cavablandırmaları, vəziyyətlərə aid maraqlı suallar vermələri seminar rəhbərlərini razı salıb. Bu fəallıq müsbət hal kimi qiymətləndirilib.

Sonda seminar iştirakçıları əcnəbi mütəxəssislərə təşəkkürlərini bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi