Bakıda Avropa Klublar Assosiasiyasının regional iclası keçirilib

Bakıda Avropa Klublar Assosiasiyasının regional iclası keçirilib Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün Bakıda ilk dəfə Avropa Klublar Assosiasiyasının (ECA) regional iclası keçirilib.
Futbol
12 Fevral , 2019 16:00
Bakıda Avropa Klublar Assosiasiyasının regional iclası keçirilib

Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün Bakıda ilk dəfə Avropa Klublar Assosiasiyasının (ECA) regional iclası keçirilib.

“Report” xəbər verir ki, “Qarabağ” klubunun təşəbbüsü ilə paytaxtda baş tutan iclasda Türkiyə (“Beşiktaş”, “Fənərbaxça”, "Başakşehir"), İsrail (Hayfa və Təl-Əviv “Makkabi”si), Rusiya (“Zenit”, MOİK), Moldova (“Daçiya” və “Zimbru”), Belarus (Minsk “Dinamo”su) və Litva (“Jalgiris”), eləcə də Azərbaycanın “Neftçi”, “Qəbələ” və “Qarabağ” klublarının nümayəndələri iştirak edib.

Toplantıda 2021 - 2024-cü illərdə reallaşacaq yarışların reqlamenti və keçirilməsi, Avropa Liqası-2 turnirinin mahiyyəti müzakirə olunub.

Qeyd edək ki, martın 25-də Hollandiyanın paytaxtı Amsterdamda Avropa Klublar Birliyinin Baş Assembleyası keciriləcək və burada regional iclasda səsləndirilən fikirlər ümumiləşdirilərək UEFA-ya təqdim olunacaq.

“Qarabağ”ın baş meneceri Asif Əsgərov ECA İşçi Qrupunun büro üzvüdür.

Son xəbərlər

Orphus sistemi